• Bakı 13° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

SİYASƏT

01 Aprel 2026 | 18:37

XİN-də Konsul leqallaşdırılması informasiya sistemi yaradılacaq

Azərbaycanda rəsmi sənədlərin leqallaşdırılması prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsi və xarici ölkələrdəki konsulluqlar tərəfindən rəsmi sənədlərin leqallaşdırılmasının həyata keçirilməsi məqsədilə XİN-in "Konsul leqallaşdırılması" informasiya sisteminin təsis edilməsi planlaşdırılır.

Eyni zamanda, leqallaşdırılmış sənədlərin tərcüməsinin "Elektron notariat" informasiya sistemi üzərindən notarius tərəfindən distant qaydada rəsmiləşdirilməsi və sənədlərin ünvana çatdırılması xidmətinin təşkili üzrə proseslər xəritəsi hazırlanacaq.

Sənədə əsasən, bu məqsədlərlə proqram təminatlarının yaradılması da nəzərdə tutulur.

Layihənin icrasına Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maliyyə Nazirliyi məsuldur.


SON XƏBƏRLƏR