• Bakı 21° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Xırdalanda onbeşmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi

HADİSƏ

10 Iyul 2024 | 20:59

Xırdalanda onbeşmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində onbeşmərtəbəli yaşayış binasının 9 və 10-cu mərtəbələrarası şaxtadan keçən naqillər 3 p.m. yanıb. 

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 4-ü uşaq olmaqla 12 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.


SON XƏBƏRLƏR

07 Oktyabr 2024