• Bakı 22° C

    9.22 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

“Xızı-Abşeron” KES-in bir hissəsi bu ilin yayında istismara veriləcək

CƏMİYYƏT

04 Iyun 2025 | 11:07

“Xızı-Abşeron” KES-in bir hissəsi bu ilin yayında istismara veriləcək

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda tikilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) Abşeron (Qobustan) hissəsi bu ilin avqustunda istismara veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”unda çıxış edən ACWA Power şirkətinin Azərbaycan və Türkiyə üzrə Baş ölkə meneceri Selim Güven bildirib.

    Onun sözlərinə, bütün layihənin bu ilin axırına kimi işə salınması gözlənilir.

    "Bu layihənin iki hissəsi var. Biri 80 meqavat, digəri isə 160 meqavat gücündədir. Onları 80 meqavatlıq qruplar şəklində mərhələli olaraq təqdim edəcəyik. İlk 80 meqavatlıq qrup avqust ayında istifadəyə veriləcək", - Selim Güven qeyd edib.

    O bildirib ki, daha sonra sentyabr, oktyabr aylarında növbəti mərhələlər həyata keçiriləcək və bütün layihə ilin sonuna qədər tamamlanacaq.


    SON XƏBƏRLƏR

    05 Iyun 2025