• Bakı C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Xocalı sakinlərindən 1137 şəxs məşğulluq tədbirlərinə cəlb edildi

CƏMİYYƏT

25 Fevral 2026 | 16:24

Xocalı sakinlərindən 1137 şəxs məşğulluq tədbirlərinə cəlb edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı rayonuna köçürülmüş sakinlərdən artıq 1137 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

Bakıvaxtı.az xəbər verir ki, onlardan 1099 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 198 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 38 sakin isə peşə kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.


SON XƏBƏRLƏR