Xocalı rayonuna yola salınan növbəti köç karvanı Şuşakənd kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bu köçlə Şuşakənd kəndinə qayıdan ailələrin sayı 76-ya (284 nəfər) çatıb.
***
14:04
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Şuşakənd kəndinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə kəndə 15 ailə (54 nəfər) köçürülüb.
***
12:40
Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 15 ailə (54 nəfər) köçürülür.
Kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsas ən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla Şuşakənd kəndinə köçürülən ailələrin sayı 76-ya (284 nəfər) çatacaq.
Bakı 





