Xocavəndin Güneyçartar kəndində fərdi yaşayış evlərinin təmiri üçün 1,7 milyon manat vəsait ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti evlərin tikintisini “AZFEN-NN” Tikinti Təmir Quraşdırma MMC-yə həvalə edib.
Şirkətə 5049 kvadrat-metrlik 30 evin təmiri üçün 1 milyon 767 min 11,13 manat ödənilib. Təmir işlərinin cari ilin aprelində yekunlaşması nəzərdə tutulur.
Qeyd edək ki, “AZFEN-NN” Tikinti Təmir Quraşdırma MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Nofəl Həsənovdur.
Bakı 




