• Bakı 19° C

    3.87 m/s

XRİTDX rəsmisi süni intellektdən DANIŞDI

SİYASƏT

20 Oktyabr 2026 | 10:27 | Müəllif: Əli Hüseynov

XRİTDX rəsmisi süni intellektdən DANIŞDI

Müasir dünyada süni intellekt artıq gələcəyin texnologiyası deyil, bu günümüzün reallığıdır. Süni intellekt yeni imkanlar yaradır, qərarların qəbulunu sürətləndirir, böyük həcmdə məlumatların təhlilini asanlaşdırır və kibermüdafiə imkanlarını gücləndirir. Eyni zamanda, bu texnologiyalar təhlükəsizliklə bağlı ənənəvi yanaşmalarımızı yenidən nəzərdən keçirməyi tələb edir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov adıçəkilən qurumun və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində "Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: Süni intellekt dövründə dəyərlər və təhlükəsizlik imkanları və kiber risklərin idarəedilməsi" mövzusunda dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısında çıxış edərkən deyib.

Rəis müavini vurğulayıb ki, süni intellekt sistemlərinin tətbiqi informasiya təhlükəsizliyi sahəsində yeni çağırışlar meydana çıxarır: "Süni intellekt vasitəsilə daha inandırıcı fişinq hücumlarının hazırlanması, sosial mühəndislik üsullarının təkmilləşdirilməsi, səs və görüntülərin saxtalaşdırılması, dezinformasiyanın yayılması və mövcud kibertəhdidlərin daha geniş miqyasda həyata keçirilməsi bu çağırışların yalnız bir hissəsidir. Digər tərəfdən, ictimaiyyət üçün açıq süni intellekt alətlərindən nəzarətsiz istifadə, həssas məlumatların xarici platformalara ötürülməsi, bulud xidmətlərindən və üçüncü tərəf təchizatçılarından asılılıq, eləcə də süni intellekt sistemlərinin məlumatları necə toplaması, emal etməsi və saxlaması ilə bağlı qeyri-müəyyənliklər əlavə risklər yaradır", -deyə A. İsmayılov diqqətə çatdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026