q
  • Bakı 10° C

    7.91 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Yağıntı intensivləşib, dağlarda qar yağır - FAKTİKİ HAVA

CƏMİYYƏT

21 Aprel 2026 | 10:11

Yağıntı intensivləşib, dağlarda qar yağır - FAKTİKİ HAVA

Azərbaycan ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 21-i saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 87, Kəlbəcərdə 4, Laçında 2, Qrız, Xınalıq, Qusar (Laza), Zaqatalada (Əlibəy) 1 sm-dir.

Düşən yağıntının miqdarı Oğuzda 59, Şəkidə 54, Qaxda (Sarıbaş) 43, Qəbələdə 36, Şamaxı, Mingəçevirdə 29, Zaqatalada 24, Göyçay, Balakəndə 22, Tərtərdə 21, Goranboy, Yevlaxda 20, Naftalanda 19, Göygöldə 18, Hacıqabul, Qobustanda 16, Lerikdə 14, Şəmkir, Xızıda 13, Xaltan, Bərdədə 12, Kürdəmir, Gədəbəy, Gəncə, Şahbuzda 11, Daşkəsən, Yardımlıda 10, Sədərəkdə 9, Zərdabda 8, Sabirabad, Lənkəran, Ağdamda 7, Bakıda və Abşeron yarımadasında 6, Astara, İmişli, Qusarda 4, Naxçıvan, Ordubad, Tovuz, Biləsuvar, Beyləqan, Şirvan, Qubada 3, Şabranda 2, Neftçala, Cəbrayıl, Culfa, Xaçmaz, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.


SON XƏBƏRLƏR

20 Aprel 2026