• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Yağış belə "intihar seyri"nə əngəl ola bilmədi - FOTO

DÜNYA

22 Sentyabr 2022 | 21:10

Yağış belə intihar seyrinə əngəl ola bilmədi - FOTO

Türkiyədə gənc oğlan binanın üst mərtəbəsinə çıxaraq intihara cəhd edib.

Bakıvaxtı.az Türkiyə mətbuata istinadən xəbər verir ki, bu zaman vətəndaşlar əllərində telefonlarla hadisəni izləyiblər. Hətta yağəş belə onların "seyrinə" mane ola bilməyib. 

Polis psixoloji problemləri olduğu iddia edilən A.Ç.-ni intihar fikrindən daşındırmağa çalışarkən, ətrafdakı yüzlərlə vətəndaş baş verənləri telefonları ilə kameraya çəkiblər. Polis qrupları tərəfindən 5 dəfə dağıdılan izdiham çox çəkmədən yenidən yerlərini tutub.

2 saatlıqlıq iş nəticəsində gənci intihar etmək fikrindən daşındıran polislər onu təcili yardıma aparıblar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Aprel 2024