• Bakı 11° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Yağışın fəsadları: Sulutəpəni su basdı, hərəkət çətinləşdi - VİDEO

CƏMİYYƏT

27 Mart 2026 | 16:25

Yağışın fəsadları: Sulutəpəni su basdı, hərəkət çətinləşdi - VİDEO

Bu gün yağan güclü yağışlar səbəbindən paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin Pənahabad küçəsini su basıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən sakinlərin sözlərinə görə, intensiv yağıntı nəticəsində qəsəbənin bir sıra küçələrində suyun səviyyəsi xeyli yüksəlib və bu da nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib.

Bəzi ərazilərdə isə yollar demək olar ki, keçilməz vəziyyətə düşüb. Sakinlər bildirir ki, hər yağışdan sonra oxşar vəziyyət təkrarlanır: “Dəfələrlə icra hakimiyyətinə və bələdiyyəyə müraciət etmişik, məsələ onların diqqətinə çatdırılıb. Lakin hər yağış yağanda eyni vəziyyət təkrarlanır və heç bir tədbir görülmür. Nəticədə ərazi tamamilə yararsız hala düşür, evdən kənara çıxmaq demək olar ki, mümkün olmur. Bu problem gündəlik həyatımıza ciddi çətinlik yaradır”. 

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Qurumdan belə cavab verilib:

“Vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət etmişik. Göründüyü kimi intensiv yağışlar yağmağa davam edir. Ərazidə aidiyyəti qurumlar yaranmış problemlərin qarşısını almağa çalışırlar”. 


SON XƏBƏRLƏR