• Bakı 10° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Yalçın Rəfiyev: "Qlobal istiləşmənin çağırışlarına cavab vermək üçün insanlara sərmayə qoymalıyıq"

COP29

18 Noyabr 2024 | 09:57

Yalçın Rəfiyev: Qlobal istiləşmənin çağırışlarına cavab vermək üçün insanlara sərmayə qoymalıyıq

Qlobal istiləşmənin yaratdığı çağırışlara cavab vermək üçün insanlara sərmayə qoymaq lazımdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbir çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib.

"İqlim dəyişikliyi həyatın hər bir aspektinə təsir edir: səhiyyəyə, təhsilə, əmək bazarlarına və ən əsası gələcək nəsillərin imkanlarına. Qlobal istiləşmənin yaratdığı çağırışlara cavab vermək üçün biz insanlara sərmayə qoymalıyıq və bu sərmayə həyatın ən erkən mərhələsindən başlamalıdır. Uşaq və gənclərin təhsil, səhiyyə və bacarıqların inkişafı vasitəsilə gücləndirilməsi dayanıqlı cəmiyyətin bir hissəsi olmalıdır. Bu sərmayə təkcə dayanıqlılığı deyil, həm də iqlim dəyişikliyinin azaldılması səylərini əhatə etməlidir. Bu, gələcək işçi qüvvəsini "yaşıl iqtisadiyyat"ın tələblərinə hazırlamaq, təhsil və səhiyyə sistemlərinin iqlimə təsirini azaltmaq deməkdir" - o vurğulayıb.


SON XƏBƏRLƏR

13 Mart 2025