• Bakı 21° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Yanacaq KƏSKİN BAHALAŞDI - Bu ölkədə...

DÜNYA

25 Avqust 2026 | 11:10 | Müəllif: Günəş Mərd

Yanacaq KƏSKİN BAHALAŞDI - Bu ölkədə...

Fransada dizel yanacağının və SP95-E10 benzininin qiyməti litri 2 avrodan yuxarı qalxıb.

Bakıvaxtı.az “Carbu.com”a istinadən xəbər verir ki, ölkə üzrə orta hesabla dizel yanacağının 1 litri 2,247 avroya, SP95-E10 benzininin 1 litri isə 2,024 avroya satılır.

Qiymət artımının gözlənilməz olduğu hesab olunur. Belə ki, iyulun əvvəlində hər iki yanacağın 1 litri orta hesabla 1,87 avroya təklif edilirdi.

Fransa İqtisadiyyat Nazirliyindən bildirilib ki, mövcud beynəlxalq vəziyyət yanacaq qiymətlərinin aşağı düşməsi üçün əlverişli deyil.

Qeyd olunub ki, dünya hələ də Yaxın Şərqdəki münaqişənin təsirlərini hiss edir. Bundan başqa, Avropa Ukraynanın işğalından sonra Rusiyaya tətbiq edilən sanksiyaların, o cümlədən ixrac məhdudiyyətlərinin təsiri ilə üzləşir. Fransanın dizel yanacağına olan tələbatının təxminən yarısını idxal hesabına ödədiyi bildirilir.

Nazirliyin məlumatına görə, onsuz da gərgin olan vəziyyət yay mövsümündə tətil marşrutları boyunca təchizatda yaranan fasilələr səbəbindən daha da ağırlaşıb.

Aydın

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026