• Bakı C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Yanvar ayında zəhərlənmə - RƏSMİ

CƏMİYYƏT

05 Fevral 2025 | 09:43

Yanvar ayında zəhərlənmə - RƏSMİ

Yanvar ayı ərzində KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 102 nəfər qəbul edilib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzdən məlumat verilib.

Məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 48 nəfər dərmandan, 19 nəfər sirkə turşusundan, 5 nəfər botulizmdən, 3-ü spirtli içkidən, 1-i qidadan zəhərlənən şəxslərdir.

Həmçinin 8 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələrdən, 5 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə, 5 nəfər anaflaksiya səbəbi ilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, allergik reaksiya zəhərlənmələrindən qeydə alınıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

04 Fevral 2025