• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yaponiya Baş nazirinin ABŞ-yə səfəri təxirə salına bilər

DÜNYA

21 Sentyabr 2026 | 10:12 | Müəllif: Gülşən Şərif

Yaponiya Baş nazirinin ABŞ-yə səfəri təxirə salına bilər

Yaponiyanın Baş naziri Sanae Takaiçinin ABŞ prezidenti Donald Trampla görüşü Dujuan tayfunu səbəbindən təxirə salına bilər.

Bakıvaxtı.az "NTV"yə istinadən xəbər verir ki, Takaiçinin ABŞ-yə səfəri 21-24 sentyabr tarixlərinə planlaşdırılıb. 

Onun Trampla görüşdən əlavə, BMT Baş Assambleyasında çıxış etməsi də planlaşdırır.

Xatırladaq ki, Tokio ilə Pekin arasındakı münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda Takaiçi Çinlə bağlı mövqe barədə razılığa gəlmək, təhlükəsizlik və iqtisadi məsələlərdə davamlı əməkdaşlığı təsdiqləmək və Yaponiya-ABŞ ittifaqının gücünü nümayiş etdirmək üçün Trampla Si Cinpinlə danışıqlardan əvvəl görüşmək istəyir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026