• Bakı 25° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Yaponiya - İsveç oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

İDMAN

26 Iyun 2026 | 05:01

Yaponiya - İsveç oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

Futbol üzrə dünya çempionatında Yaponiya İsveçlə qarşılaşıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Dallas stadionunda baş tutan F qrupunun III turunun matçında qalib müəyyənləşməyib - 1:1.

Yaponların heyətində Daydzen Maeda (56), avropalılarda isə Antoni Elanqa (62) diqqət mərəzinə düşüb.

F qrupunu ikinci yerdə baş vuran Yaponiya seçməsi növbəti mərhələdə C qrupunun birincisi olan Braziliya ilə qarşılaşacaq.

 

04:25

Futbol üzrə dünya çempionatının Yaponiya - İsveç oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Dallas stadionunda baş tutan F qrupunun III turunun matçında avropalılar hesabı bərabərləşdiriblər - 1:1.

62-ci dəqiqədə Antoni Elanqa qapını dəqiq nişan alıb.

04:18

Futbol üzrə dünya çempionatının Yaponiya - İsveç oyununda ilk qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Dallas stadionunda baş tutan F qrupunun III turunun matçında asiyalılar hesabda irəli çıxıblar - 1:0.

56-cı dəqiqədə Daydzen Maeda adını tabloya yazdırıb.

04:08

Futbol üzrə dünya çempionatının Yaponiya - İsveç oyununda ikinci yarı start götürüb.

Bakıvaxtı.az-ın məlumatına görə, Dallas stadionunda baş tutan F qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.

Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.

03:50

Futbol üzrə dünya çempionatının Yaponiya - İsveç oyununda ilk hissə bitib.

Bakıvaxtı.az-ın məlumatına görə, Dallas stadionunda baş tutan F qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.

Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.

03:00

Futbol üzrə dünya çempionatının Yaponiya - İsveç oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, F qrupunun III turunun matçı Dallas stadionunda keçirilir.

Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyun 2026