Yaponiya hökuməti İsrailin hücumuna məruz qalan qəzzalılara tibbi yardım göstərməyi düşünür.
Bakıvaxtı.az bu barədə "Kyodo"ya istinadla xəbər verir.
Belə ki, ölkənin baş naziri İşiba Şiqeru Nümayəndələr Palatasının Büdcə Komitəsində Qəzza xalqına yardımdan danışıb.
Hökumətin İsrailin hücumlarında yaralanan və xəstələr üzərində çalışdığını ifadə edən İşiba qeyd edib:
"Hazırda xəstələri və yaralıları Yaponiyaya qəbul etmək üçün bir yol tapmaq üçün intensiv şəkildə çalışırıq".
Əli Hüseynov