"Yaponiya atəşkəs və ya sülh əldə edildikdən sonra Milli Özünümüdafiə Qüvvələrinin hərbçilərinin Ukraynaya göndərilməsi imkanını nəzərdən keçirmir".
Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib.
O, bildirib ki, Yaponiya "istəklilər koalisiyası"ndakı 26 ölkədən biri deyil. Yaponiya hökuməti Özünümüdafiə Qüvvələrinin şəxsi heyətini Ukraynaya göndərmək imkanını nəzərdən keçirmir.
Xatırladaq ki, Avropa liderləri və Vladimir Zelenski sentyabrın 4-də Parisdə "istəklilər koalisiyası"nın iclasında iştirak ediblər. Fransa prezidenti Emmanuel Makron mətbuat konfransında bildirib ki, koalisiyaya daxil olan 26 dövlət bu ölkədə atəşkəs və ya sülh bərqərar olduqdan sonra Ukraynaya hərbi kontingentin göndərilməsində iştirak etməyə hazır olduqlarını təsdiqləyib.
Gülşən Şərif