• Bakı 17° C

    6.58 m/s

Yaponiyada GÜCLÜ ZƏLZƏLƏ

DÜNYA

23 Avqust 2026 | 18:42 | Müəllif: Əli Hüseynov

Yaponiyada GÜCLÜ ZƏLZƏLƏ

Yaponiyanın şimalındakı Hokkaydo prefekturasının sahillərində 6 maqnitudalı zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 173 min nəfərin yaşadığı Obihiro şəhərindən 125 km cənubda yerləşib. Zəlzələ ocağı 43 km dərinlikdə olub.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Daha əvvəl Yaponiyada 5,9 maqnitudalı zəlzələ nəticəsində 40-a yaxın insan xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026