• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

Yaponların sirri açıldı – Bu qidanı istehlak edənlər…

DÜNYA

05 Iyul 2024 | 15:29

Yaponların sirri açıldı – Bu qidanı istehlak edənlər…

Sağlam həyat vərdişlərinin geniş yayıldığı son illərdə keçmişdə tez-tez istehlak edilən, lakin dəyəri unudulan bəzi qidalar yenidən gündəmə gəlməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu qidalardan biri əsrlər boyu yaponlar tərəfindən istehlak edilib.

Qeyd edək ki, yaponların əsrlərdir istehlak etdiyi bir qida olan bənövşəyi kartof sağlam həyat vərdişləri çərçivəsində dəyəri yenidən təqdir edilən qidalar arasındadır.

İnsan sağlamlığına bir çox faydası olan bənövşəyi kartofun müntəzəm istehlakı daha uzun və sağlam həyata addım atmağın sirri kimi bilinir.

Yüksək antioksidant tərkibi ilə diqqət çəkən bənövşəyi kartof həm qidalı, həm də sağlam bir kök tərəvəzdir.

Yaponların sağlam həyatın sirri olan bənövşəyi kartof həzm sistemi problemlərinin aradan qaldırılması, immunitetin gücləndirilməsi, qan şəkərinin tənzimlənilməsi, göz və beyin sağlamlığının təmin edilməsində faydalıdır.

Günel Abbas

 


SON XƏBƏRLƏR