• Bakı 15° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Yasamalda 33 narkotik alverçisi saxlanıldı - VİDEO

HADİSƏ

30 Mart 2023 | 12:41

Yasamalda 33 narkotik alverçisi saxlanıldı - VİDEO

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, saxlanılan Amin Kərimlinin üzərinə baxış zamanı 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Amin Kərimli heroini Bakı şəhərində satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Ümumilikdə Yasamal Rayon Polis İdarəsinin, həmçinin ərazi şöbə və bölmələri tərəfindən fevral-mart aylarında rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 33 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 18 kiloqrama yaxın heroin, eləcə də digər növdən olan narkotik vasitələr və metamfetamin çıxarılıb. Saxlanılanlardan bir neçəsi narkotikləri sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiklərini bildiriblər.

Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR