• Bakı 11° C

    12.73 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.017

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub

COP29

16 Noyabr 2024 | 11:45

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub

COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub.

Bakıvaxtı.az xəbər verir ki, Bəyannamənin qəbulu ilə tərəflər ümumi 8 məqsədi təsdiq ediblər. Bunlar iqlim fəaliyyəti üçün rəqəmsal texnologiyalar və alətlərdən istifadə, dayanıqlı rəqəmsal infrastrukturun qurulması, rəqəmsallaşmanın iqlimə təsirinin azaldılması, rəqəmsal inklüzivlik və savadlılığın təşviqi, məlumata əsaslanan qərar qəbulu, davamlı innovasiyaların təşviqi, davamlı istehlakçı təcrübələrinin təşviqi və ən yaxşı təcrübələrin paylaşılmasının asanlaşdırılmasıdır.

    Qeyd edək ki, Bəyannaməyə bu günədək 1000-ə yaxın rəqəmsal texnologiya cəmiyyətinin üzvü öz dəstəyini bəyan edib.Bəyannamənin sürətli rəqəmsallaşmanın ətraf mühitə mənfi təsirlərini yumşaltmaqla yanaşı, iqlimlə bağlı fəaliyyətin və davamlılığın artırılması üzrə əməkdaşlıq üçün çərçivə rolunu oynayacağı vurğulanıb.


    SON XƏBƏRLƏR