• Bakı 13° C

    1.99 m/s

"Yaşıl soyqırım"a görə məşhurlaşan şirkət CƏRİMƏLƏNDİ

CƏMİYYƏT

21 Iyul 2023 | 19:03

"Yaşıl soyqırım"a görə məşhurlaşan şirkət CƏRİMƏLƏNDİ

“İnvest.M Constructıon” Məhdud Məsuliyyətli Cəmiyyəti idarəçilik qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, tikinti şirkəti olan “İnvest.M Constructıon” barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi əsasında protokol tərtib olunaraq iş Nəsimi Rayon Məhkəməsinə göndərib. 

Məcəllənin 528-ci maddəsinə qeyd edilib ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

İnzibati xətalar haqqında iş hakim Solmaz Mustafayeva sədrliyilə araşdırılacaq.

Qeyd edək ki, sözügedən şirkət Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi 4 ünvanında yeni tikinti işləri ilə əlaqədar ərazidəki ağacların məhv edilməsi ilə gündəmə gəlmişdi. 

İbRa 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026