• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Yaşlı kişini at dişləyib

CƏMİYYƏT

27 Iyun 2022 | 22:20

Yaşlı kişini at dişləyib

Zaqatalada 60 yaşlı kişini at dişləyib.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, bu gün günorta saatlarında rayonun Aşağı Tala kənd sakini 1962-ci il təvəllüdlü Vaqif Əhmədiyyə oğlu Ramazanov alın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı V. Ramazanovu qohumlarına məxsus atın dişlədiyi məlum olub. V. Ramazanovun yaraları cərrahi yolla tikilib. Ona quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Rayonun Dağlı kənd sakini 1998-ci il təvəllüdlü İsmayıl Davud oğlu Rəsulov isə sağ kürəyin it dişləməsi xəsarəti ilə Zaqatala RMX-a müraciət edib. İ.Rəsulova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.


SON XƏBƏRLƏR

25 Aprel 2024