• Bakı 16° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Yataqxanadakı otağından çıxarılan rejissor evinə qaytarıldı

CƏMİYYƏT

24 Oktyabr 2025 | 18:54

Yataqxanadakı otağından çıxarılan rejissor evinə qaytarıldı

Azərbaycan Dillər Universitetinin yataqxanasında məskunlaşan Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın yataqxanada yaşaması təmin olunub.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, aidiyyəti qurumların nümayəndələri ilə birgə Gülnar Hacıyevanın məskunlaşdığı otağın qapısına vurulan möhür sökülüb:

"Hazırda xanım öz otağındadır və orada yaşamağa davam edəcək", - deyə məlumatda bildirilir.


 


SON XƏBƏRLƏR