Yatmazdan əvvəl yeyilməməsi lazım olan qidaların adları açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, yatmazdan əvvəl turşu meyvə və tərəvəz yemək gecə istirahətinin keyfiyyətinə mənfi təsir göstərə bilər. İzah olunub ki, onların tərkibində olan turşu yemək borusu ilə mədə arasında olan qapağı rahatlaşdırır, bu isə turşu reflüksünü təhrik edir və yuxunu pozur.
Qeyd olunub ki, turşulu bitki qidalarına portağal, pomidor və qreypfrut daxildir ki, onlar gecələr istehlak edildikdə, mədə yanmasına səbəb ola bilər.
Həmçinin axşamlar yağlı qidalardan uzaq durmaq tövsiyə edilib. Bildirilib ki, onlar da tez-tez mədədə turşu axını və ağırlıq yaradır.
Mədə-bağırsaq traktını yükləməyən yüngül qəlyanaltıların seçilməsi məsləhət görülüb.
Axşam saatlarında qoz-fındıq və süd məhsullarının yaxşı seçim olduğu nəzərə çatdırılıb və bildirilib ki, bu qidalar həzm problemi yaratmadan doyururlar.
Mina Mikayılova