İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərinin müşaviri general Ebrahim Cabari ölkəyə əlavə zərər vurulacağı təqdirdə İranın Yaxın Şərqin əsas iqtisadi mərkəzlərinə zərbə endirə biləcəyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, İran bu barədə artıq xəbərdarlıq edib.
“Biz düşmənə dedik ki, əgər onlar bizim əsas obyektlərimizə zərər vurmağa cəhd etsələr, regionun bütün iqtisadi mərkəzlərini hədəfə alacağıq. Qoy bilsinlər ki, biz bunu edəcəyik”, – Ebrahim Cabarivvurğulayıb
Bakı 




