• Bakı C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

Yaxın Şərqin iqtisadi mərkəzlərinə zərbə endiriləcək - İran

DÜNYA

03 Mart 2026 | 22:23

Yaxın Şərqin iqtisadi mərkəzlərinə zərbə endiriləcək - İran

İran ABŞ və İsrailin hücumları dayanmayacağı təqdirdə Yaxın Şərqin bütün iqtisadi mərkəzlərinə zərbələr endirməklə hədələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Ebrahim Cabbari deyib.

"Biz düşməni xəbərdar edirik: əgər o, bizim əsas mərkəzlərimizə zərbə endirmək qərarına gəlsə, biz regionun bütün iqtisadi mərkəzlərinə zərbələr endirəcəyik", - Cabbari deyib.

O, həmçinin qeyd edib ki, İran Hörmüz boğazını bağlamaqla artıq iqtisadiyyata təzyiq göstərir.

"Biz Hörmüz boğazını bağlamışıq. İndi neftin qiyməti 80 dolları ötür və tezliklə 200 dollara çatacaq", - Cabbari bildirib.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb.

Əməliyyatın ilk dəqiqələrində endirilən zərbələrlə İranın ali dini lideri Əli Xamenei başda olmaqla, çox sayda yüksək vəzifəli məmur və general ölüb.

İran cavab olaraq ABŞ-ın Körfəz ölkələrindəki hərbi obyektlərinə və İsrailə zərbə endirir. Bir çox halda isə ərəb ölkələrində mülki infrastruktur, neft obyektləri, limanlar hədəfə alınır.


SON XƏBƏRLƏR