• Bakı 25° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Yaxın Şərqin yaxın perspektivi: İran avantüraya getsə, uduzacaq

SİYASƏT

07 Avqust 2024 | 16:42

Yaxın Şərqin yaxın perspektivi: İran avantüraya getsə, uduzacaq

İsrailin Livanın paytaxtı Beyrutda Hizbullahın yüksək rütbəli rəsmisi Fuad Şükrü və İranın paytaxtı Tehranda HƏMAS lideri İsmayıl Haniyəni qətlə yetirməsindən sonra bölgədə gərginlik artıb.

Bakıvaxtı.az-ın məlumatına görə, ran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani son hadisələrlə bağlı bildirib ki, İran regionda münaqişənin alovlanmasının əleyhinədir, lakin İsrail tərəfi etdiklərinə görə cavab verməlidir.

Maraqlıdır ki, İran-İsrail münaqişəsində hansı tərəf qalib gələ bilər?

Politoloq Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İranı aventuraya çəkirlər. İran bu aventuraya gedərsə, uduzacaq.

Onun sözlərinə görə, Yaxın Şərqdə vəziyyət getdikcə daha da gərginləşəcək və münaqişə genişlənəcək. Xüsusən də HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi müharibənin perspektivinin genişlənməsi üçün bir bəhanəyə çevrilib. Demək olar ki, artıq tapançanın tətiyi çəkilib və güllə hədəfə doğru gedir:

"Əgər İran-İsrail münaqişəsi genişlənərsə, Türkiyə İranın yanında olacaq. Bu, uzaq perspektivə aiddir. Məsələyə yaxın perspektivindən yanaşsaq, İranın öz gücü və dostu yoxdur. İran müharibəyə çəkilərsə, yalnız tərəfdaş hesab etdiyi ölkələrin hesabına müqavimət göstərə biləcək. Həmin dövlətlər isə müəyyən müddətə qədər İranın yanında ola biləcəklər. Bu nöqteyi-nəzərdən İran XİN nümayəndəsi münaqişəni genişləndirmək niyyətində olmadıqlarını açıqlayıb".

Kənan Novruzova görə, yaxın günlərdə daha ciddi hadisələrin yaşanması gözləniləndir.

"İran indiyə kimi Yaxın Şərqdəki müharibədə özünün proksiləri vasitəsilə dolayı yolla iştirak edirdi. Lakin bundan sonra müharibəyə birbaşa qoşulmaq ehtimalı var. Bu isə dünyada gedən qütbləşməni daha da sürətləndirəcək”.

Maraqlıdır ki, bu qütbləşmədə Türkiyə kimin yanında olacaq? Müsahibimiz qeyd edib ki, Türkiyə İranın yanında olarsa, ABŞ ilə üzləşəcək və bu, NATO-nun çökməsi deməkdir.

Kənan Novruzov: Müharibə dünyada gedən qütbləşməni daha da sürətləndirəcək

O cümlədən, Azərbaycanın kimin tərəfində olacağı da sual altındadır:

“Bütün hallarda indiki məqamda Türkiyə və Azərbaycan üçün eskalasiyanın genişlənməsinin mümkün qədər qarşısının alınması daha sərfəlidir".

Gülşən Şərif


SON XƏBƏRLƏR

09 Sentyabr 2024