q
  • Bakı 22° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Yazıçılar Birliyi Elza Seyidcahana şeir yazmağı qadağan edib?

CƏMİYYƏT

25 Sentyabr 2024 | 15:13

Yazıçılar Birliyi Elza Seyidcahana şeir yazmağı qadağan edib?

Əməkdar artist Elza Seyidcahanın bu yaxınlarda efirdə səsləndirdiyi şeir müzakirələrə səbəb olub. Bundan sonra o, üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinə dəvət olunub.

Qeyd olunur ki, Elza Seyidcahanın şeirdəki söz oyunlarının yaratdığı assosiasiya vulqarizm elementləri təsiri bağışlayıb, bu səbəbdən ictimai hiddət və narazılıqla qarşılanıb. Üzvü olduğu təşkilatın ictimai-ədəbi nüfuzuna xələl gətirdiyinə görə AYB Katibliyi tərəfindən qurumun üzvü Elza Seyidcahana xəbərdarlıq edilib.

    Sözügedən açıqlamadan sonra sosial şəbəkələrdə Elza Seyidcahanın şeir yazmasına qadağa qoyulması barədə xəbərlər yayılıb. 

    Bakıvaxtı.az xəbər verir ki, Modern.az mövzu ilə bağlı Azərbaycan Yazıçılar Birliyi ilə əlaqə saxlayıb.

    AYB-dən bildirilib ki, yayılan xəbərlər tamamilə cəfəngiyyatdır:

    “AYB heç kimin yaradıcılığına müdaxilə etmir. Biz ancaq yaradıcılıqda təhqiramiz ifadələr işlənərsə, etik normalar pozularsa müəllifi çağıraraq xəbərdarlıq edə bilərik. Kiminsə yaradıcılığına necə müdaxilə etmək olar?!”


    SON XƏBƏRLƏR

    13 May 2026