• Bakı C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Yeganə qalib Rusiyadır - Koşta

DÜNYA

10 Mart 2026 | 14:04

Yeganə qalib Rusiyadır - Koşta

Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki münaqişələrdə bütün tərəfləri maksimum təmkin göstərməyə və danışıqlar masasına qayıtmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antoniu Koşta Aİ səfirlərinin konfransında bildirib.

    Onun sözlərinə görə, enerji qiymətlərinin artması ilə Rusiya yeni resurslar qazanır və Ukrayna cəbhəsinə diqqətin azalmasından faydalanır: “İndiyə qədər Yaxın Şərq müharibəsinin yeganə qalibi Rusiyadır”.

    Aİ lideri qeyd edib ki, yeni reallıqda Rusiya sülhü pozur, Çin ticarəti pozur və ABŞ qaydalara əsaslanan beynəlxalq nizama meydan oxuyur: “Bu yeni reallıqda Avropa İttifaqının missiyası nə olmalıdır? Birincisi, beynəlxalq hüquqa əsaslanan qaydaları müdafiə etməliyik. BMT Nizamnaməsində təsbit olunmuş və beynəlxalq müqavilələrimizdə göstərilən prinsiplərə hörməti təşviq etməliyik”.


    SON XƏBƏRLƏR