• Bakı 21° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Yəmən BMT-yə çağırış etdi

DÜNYA

18 Sentyabr 2021 | 09:20

Yəmən BMT-yə çağırış etdi

Yəmən hökuməti 2018-ci ildə Husilərin Siyasi Şura rəhbəri Saleh əs-Sammadı öldürməkdə ittiham olunan doqquz nəfər haqqında çıxarılan edam qərarının dayandırılması üçün BMT və beynəlxalq aləmə çağırış edib.

Bakıvaxtı.az xəbər verir ki, Yəməndə Husilərə məxsus SABA edam qərarını elan etməsindən sonra Yəmənin informasiya naziri Muammər əl-İryani açıqlama yayıb.

“Husilər Hudeyde şəhər sakinlərindən doqquz nəfəri qondarma ittihamlarla və formal mühakimədən sonra edam etməyə hazırlaşır.

Husilərin sözügedən şəxslər haqqındakı edam qərarı “qəsdən öldürmə” ittihamı ilə verilib və İŞİD-lə “Əl-Qaidə”nin edamlarından fərqli deyil.

Beynəlxalq ictimaiyyət və BMT-nin Yəmən üzrə Xüsusi Nümayəndəsi Hans Qrundberqi bu cinayətin törədilməsinə əngəl olmağa çağırırıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026