Fol turşusu, A vitamini, C, P vitamini ilə, eləcə də dəmur və maqniylə zəngin olan yemiş bir sıra xəstəliklərdə faydalı və müalicəvidir.
Bakıvaxtı.az xəbər verir ki, yemiş epilepsiya, baş ağrısı, miqren, oynaq ağrıları, qanazlığı, podaqra, öskürək, bronxial astma, bronxit, sidik kisəsi və böyrək duzları, daşları, babasil və sarılıqda faydalıdır.
B vitamini və yodla zəngin yemiş bir çox xüsusiyyətləri ilə dəyərli meyvələr sırasındadır. İlk növbədə asanlıqla yuxuya getməyə kömək edir. Bununla yanaşı, mütəxəssislərin fikrincə, yemişin gözəl ətri cütlüklərdə cinsi istəyi artırır.
Böyrək-sidik kisəsi qumu tökülən zaman yemiş yeyilərsə, böyrəklər rahatlanır və sakitləşir. Yemiş həm də sidikqovucudur. Sidik yolu xəstəliklərinə qarşı faydalıdır.
Yemişin dənələri qaynadıldıqdan sonra suyu içildikdə nəfəs yolu narahatlıqlarının qarşısını ala bilər.
Qaraciyər xəstəliklərinə də yemiş dənəsi suyu yaxşı təsir edir. Lakin gündə 1 stəkandan çox içmək məsləhət deyil.
Yemiş bədənə sərinlik hissi verir. Yanan hissəyə yemiş qoyularsa, ağrı azalır və sağalmasına kömək edir.
Aytac Aslan
















