Milanda yeni ildən küçədə siqaret çəkmək qadağan ediləcək.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Milanda 2025-ci il yanvarın 1-dən açıq yerlərdə siqaret çəkmək qadağan olunacaq. Lakin siqaret çəkənlərin digər insanlardan ən azı 10 metr aralıda olması halında bu qadağanın tətbiq olunmayacağı bildirilib.
Qadağaya əməl etməyənlərə 40-240 avro arası cərimələr tətbiq olunacaq.
Nuriyyə Musayeva