• Bakı C

    11.51 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

Yeni səfir Niderlanddakı Azərbaycan icmasının üzvləri ilə görüşüb

SİYASƏT

08 Fevral 2025 | 09:13

Yeni səfir Niderlanddakı Azərbaycan icmasının üzvləri ilə görüşüb

Azərbaycanın Haaqadakı səfiri Məmməd Əhmədzadə Niderlanddakı Azərbaycan icmasının üzvləri ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə bildirib.

“Niderlanddakı Azərbaycan icmasının üzvləri ilə ilk görüşümdən çox məmnun oldum. Həmvətənlərimizin hər birinə iştiraka və maraqlı müzakirələrə görə dərin təşəkkürümü bildirir, görüşlərimizin davamlı olacağına ümid edirəm. Biz birlikdə güclüyük!”, – diplomatik missiyanın başçısı qeyd edib.

Xatırladaq ki, yanvarın 29-da Azərbaycanın Haaqadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini Niderlandın kralı Villem-Aleksanderə təqdim etmişdi.

Ötən il dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev diplomatı sözügedən ölkədə səfir təyin etmişdi.


SON XƏBƏRLƏR