Yeni Zelandiyanın Cənub adasındakı Kvinstaun şəhərinin hava limanı partlayıcı qurğuya bənzər obyektin aşkarlanmasından sonra təxliyə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yeni Zelandiya Polis Departamenti məlumat verib.
Departament açıqlamasında qeyd edib ki, polis hava limanına “partlayıcı qurğu kimi görünən” obyektin aşkarlanması xəbərindən sonra gəlib.
















