• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yeni Zelandiyada fövqəladə vəziyyət elan edildi

DÜNYA

14 Fevral 2023 | 20:32 | Müəllif: Subhan Mahmudov

Yeni Zelandiyada fövqəladə vəziyyət elan edildi

Yeni Zelandiya hökuməti ölkəni cənginə alan fırtına və onun ardınca baş verən daşqınlar səbəbindən ölkə tarixində üçüncü dəfə fövqəladə vəziyyət elan edib.

Bakıvaxtı.az xəbər verir ki, beş milyonluq ölkə əhalisinin təxminən üçdə biri fırtınanın zərər vurduğu ərazilərdə yaşayır.

Qeyd olunur ki, bir çox insan köçmək məcburiyyətində qalıb, bəziləri təhlükəsiz yerə üzərək gedib, digərləri isə evlərinin damından xilas edilib. Təqribən 250 min insan işıqsız qalıb. Aşan ağaclar evləri dağıdıb, torpaq sürüşmələri isə yolları bağlayıb.

Ən böyük ziyan Şimal adasının şimal və şərq sahillərindəki sahil icmalarına, Hoks Bey, Koromandel və Nortlend kimi ərazilərə dəyib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026