• Bakı 30° C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Yeniyetmənin “iPhone”unu əlindən alıb 20 Yanvarda satdı - Video

HADİSƏ

06 Avqust 2026 | 16:28

Yeniyetmənin “iPhone”unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib.

Bakıvaxtı.az xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən “iPhone 16” mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 18 yaşlı İbrahim Əbilov müəyyən edilərək saxlanılıb. Onun ələ keçirdiyi mobil telefonu metronun “20 Yanvar” stansiyasının yaxınlığında satdığı da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Avqust 2026