• Bakı C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

“Yerli İcmalar və Yerli Etnik Qruplar Platformasında çoxtərəfli dialoq” mövzusunda konfrans keçirilib

COP29

11 Noyabr 2024 | 16:30

“Yerli İcmalar və Yerli Etnik Qruplar Platformasında çoxtərəfli dialoq” mövzusunda konfrans keçirilib

Bakıda COP29 çərçivəsində “Yerli İcmalar və Yerli Etnik Qruplar Platformasında çoxtərəfli dialoq” mövzusunda konfrans keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, konfrans çərçivəsində məsləhətləşmə dairələri təşkil edilib. Ümumilikdə 2 ingilis, 1 fransız, 1 rus və 1 ispan dilli olmaqla 5 dairə təşkil edilib. Dialoqların əsas məqsədi yerli icmalar və etnik qruplar arasında əlaqələrin genişləndirilməsi, yerli xalqların və yerli icmaların bütün səviyyələrdə iqlim fəaliyyətlərinin dizaynında və həyata keçirilməsində iştirakına yönəlmiş əsaslı mübadilələri dəstəklənməsi, onların bilik və təcrübələrinə əsaslanan vahid yanaşmanı təşviq edən iqlim dəyişikliyi siyasətlərinin və tədbirlərin inkişafına kömək etmək olub.

Daha sonra keçirilən məsləhətləşmələrdən hesabatlar dinlənilib. Dialoq zamanı müzakirələrin nəticələrinin cari iş planı və Yerli İcmalar və Yerli Etnik Qruplar Platformasının növbəti iş planı çərçivəsində nəticələrə daxil edilməsinin mümkün yolları üzrə növbəti addımlar müzakirə edilib.


SON XƏBƏRLƏR