• Bakı C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Keyfiyyətli uşaq məhsullarının istehsalı zəruridir - Deputat

SİYASƏT

20 Fevral 2026 | 12:08

Keyfiyyətli uşaq məhsullarının istehsalı zəruridir - Deputat

Yerli kino, animasiya və oyuncaqların istehsalı əhəmiyyətlidir.

Bakıvaxtı.az xəbər verir ki,  bu sözləri Milli Məclisin bugünkü plenar iclasında parlamentin üzvü Zahid Oruc deyib.

Oruc bildirib ki, texnoloji dövrdə uşaqların əksəriyyəti xarici brendlərin qəhrəmanları ilə böyüyür və bu, onların zehni və mənəvi dünyasına təsir göstərir.

Deputat sual edib: “Biz öz milli oyuncaqlarımızı necə yarada və bazara çıxara bilərik? Övladlarımıza milli qəhrəmanlarımızı və müasirlərimizi necə tanıda bilərik?”.

Parlamentari qeyd edib ki, uşaqların ilk oyuncaqları onların dünyagörüşünü, zövqünü və milli yaddaşını formalaşdırır.

O, həmçinin Azərbaycanda animasiyanın tarixindən danışaraq, XX əsrin 30-cu illərindən başlayaraq 70-ci illərdə sahənin böyük inkişaf mərhələsi keçdiyini xatırladıb.

“Bu ənənəni davam etdirmək üçün müasir texnologiyalar və yeni yanaşmalar vacibdir”, – Oruc vurğulayıb.

Millət vəkili uşaq kino istehsalının gəlirli hesab olunmadığı üçün peşəkar kanalların azlığını da qeyd edib və uşaqlar üçün keyfiyyətli yerli məzmunun artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Fevral 2026