• Bakı 20° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Yetkinlik yaşına çatmayanlar üçün sosial-psixoloji kabinet yaradıldı

CƏMİYYƏT

23 Fevral 2026 | 15:35

Yetkinlik yaşına çatmayanlar üçün sosial-psixoloji kabinet yaradıldı

Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində sosial-psixoloji kabinet fəaliyyətə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, məqsəd yeniyetmə məhkumların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların sosial adaptasiya bacarıqlarının inkişaf etdirilməsi, cəmiyyətə reinteqrasiyasına dəstək göstərilməsi və həyat planlamasında düzgün istiqamətləndirilməsidir.

Artıq müəssisədə cəza çəkən bir qrup məhkumla görüş keçirilib, ilkin sosial-psixoloji qiymətləndirmə aparılıb və fərdi iş planlarının hazırlanmasına başlanılıb.

Əməkdaşlıq çərçivəsində daha əvvəl 16 saylı cəzaçəkmə müəssisəsində də sosial-psixoloji kabinet yaradılıb.

Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən ötən dövrdə bu kabinetlər vasitəsilə 130-a yaxın şəxslə qiymətləndirmə aparılıb.


Yetkinlik yaşına çatmayanlar üçün sosial-psixoloji kabinet yaradıldıYetkinlik yaşına çatmayanlar üçün sosial-psixoloji kabinet yaradıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026