• Bakı 23° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Yevlax sakinindən “patı” və heroin aşkar edilərək götürüldü

HADİSƏ

10 Yanvar 2022 | 10:28

Yevlax sakinindən “patı” və heroin aşkar edilərək götürüldü

Tərtərdə Yevlax sakinindən “patı” və heroin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Elməddin Bayramzadə saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin (patı) və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirlir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026