• Bakı 18° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Yevlaxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanıldı

HADİSƏ

25 Iyun 2024 | 08:55

Yevlaxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanıldı

Yevlaxda narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil edən və narkokuryerliyə cəlb olunan şəxslər saxlanılıblar.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı çətənə bitkisinin kultivasiyasını təşkil edən Ceyhun Məmmədov saxlanılıb. Onun evinin yaxınlığındakı əraziyə baxış zamanı 30 kiloqram 93 ədəd çətənə bitkisi aşkarlanıb.

Bundan başqa, polisin keçirdiyi digər tədbir zamanı narkokuryerlik edən əvvəllər məhkum olunan Ruslan Məmmədov və qohumu Xalid Abdullayev saxlanılıblar. Həmin şəxslərdən 16 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb. Onlar narkotik vasitələri deyilən ərazilərə çatdıraraq maddi qazanc əldə etmək məqsədi ilə İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.


SON XƏBƏRLƏR