• Bakı 23° C

    17.19 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Yoluxanların sayı açıqlandı - STATİSTİKA

CƏMİYYƏT

27 Iyun 2022 | 17:46

Yoluxanların sayı açıqlandı - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, son sutkada xəstəlikdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 298 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib. 161 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1541, bu günə qədər isə ümumilikdə 6 956 005 test icra olunub.


SON XƏBƏRLƏR