• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Yorğun və yuxusuz sürücü yoldakı ən böyük təhlükədir - DYP

CƏMİYYƏT

19 Noyabr 2025 | 11:26

Yorğun və yuxusuz sürücü yoldakı ən böyük təhlükədir - DYP

Gün ərzində fasiləsiz yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücülərinin yollarda hərəkəti təhlükəlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin məlumatında qeyd olunub.

Bildirilir ki, uzun müddət sükan arxasında olmaq yorğunluq yaradır, diqqəti zəiflədir və reaksiya vaxtını azaldır. Bu isə qəza ehtimalını kəskin şəkildə artırır. Belə halda nəqliyyat vasitəsinin idarə edilməsi həm sürücünün, həm daşıdığı sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhlükəyə çevrilir.

İdarə sürücülərin diqqətinə çatdırıb ki, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, sürət həddini aşmaq, zolaq dəyişərkən ehtiyatsız davranmaq və sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol vermək ağır nəticələrə gətirib çıxarır:

"Unutmaq olmaz ki, sükan arxasında verilən hər səhv qərarın arxasında insan həyatı dayanır. Hər bir sürücü istirahətini vaxtında etməli, diqqətini yalnız yola yönəltməli və nəqliyyat axınında təhlükə yarada biləcək davranışlardan çəkinməlidir.

BDYPİ bütün sürücüləri yollarda məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırır".


SON XƏBƏRLƏR

18 Noyabr 2025