Bu gün Yunanıstanın paytaxtı Afinada silahlı şəxs insanlara atəş açıb, nəticədə beş nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yunanıstan mediası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, silahlı şəxs əvvəlcə Kerameykos rayonunda yerləşən sosial sığorta idarəsinə hücum edib. O, idarənin bir əməkdaşını yaralayıb.
Polisin məlumatına görə, şübhəli şəxs daha sonra taksi ilə Ambelokipi rayonundakı Apellyasiya Məhkəməsinə gedərək orada daha dörd nəfəri güllələyib.
Yunanıstan mediası atəş açan şəxsin 89 yaşlı kişi olduğunu yazıb.
Şübhəli şəxs hadisə yerindən qaçıb və silahını məhkəmə binasında qoyub. Bundan dərhal sonra bina təxliyə edilib.
Hər iki hadisə yerində polis əməliyyat aparır. Yaralanan şəxslərin hamısı xəstəxanaya yerləşdirilib. Onların əsasən ayaq nahiyəsindən xəsarət aldıqları bildirilib.
Hadisənin motivi hələlik məlum deyil.
Bakı 




