• Bakı C

    10.51 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Yutubda süni intellekt kanalları 63 milyard baxış toplayıb

CƏMİYYƏT

01 Yanvar 2026 | 00:28

Yutubda süni intellekt kanalları 63 milyard baxış toplayıb

Yutub alqoritminin yeni istifadəçilərə tövsiyə etdiyi videoların təxminən 20 faizi baxış sayını süni şəkildə artırmaq məqsədi daşıyan, aşağı keyfiyyətli süni intellekt (AI) məzmunudur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Kapwing" şirkətinin araşdırmasında qeyd olunub.

Araşdırma çərçivəsində dünyanın müxtəlif ölkələrindən 15 min məşhur yutub kanalı təhlil edilib. Məlum olub ki, onlardan 278 kanal tamamilə bu cür AI tərəfindən yaradılmış məzmundan ibarətdir. Bu kanallar ümumilikdə 63 milyarddan çox baxış, 221 milyon abunəçi toplayıb və illik təxminən 117 milyon dollar gəlir əldə edir.

Yeni açılmış bir yutub hesabı ilə aparılan eksperiment də problemin miqyasını təsdiqləyib. Tövsiyə olunan ilk 500 videodan 104-ü süni intellektlə yaradılıb. Ümumilikdə isə lentdəki məzmunun təxminən üçdə biri yalnız diqqəti cəlb edib monetizasiya etmək üçün hazırlanmış aşağı keyfiyyətli videolardan ibarət olub.

Bu fenomen qlobal xarakter daşıyır. Məsələn, İspaniyada bu tip kanallara təxminən 20 milyon nəfər (ölkə əhalisinin demək olar ki, yarısı) abunədir. Sonrakı yerlərdə Misir (18 milyon), ABŞ (14,5 milyon) və Braziliya (13,5 milyon) qərarlaşıb.

Ən diqqətçəkən nümunələrdən biri Hindistana aid "Bandar Apna Dost" kanalıdır. Burada meymunun absurd macəraları nümayiş etdirilir və kanal 2,4 milyard baxış toplayıb. Digər nümunə isə Pakistana məxsus "The AIl World" kanalıdır (1,3 milyard baxış), burada rahatladıcı musiqi altında süni intellektlə hazırlanmış daşqın videoları paylaşılır.


SON XƏBƏRLƏR

31 Dekabr 2025