• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zakir Həsənov Kəlbəcərə getdi - Tapşırıqlar verdi (VİDEO)

CƏMİYYƏT

06 Avqust 2021 | 09:58

Zakir Həsənov Kəlbəcərə getdi - Tapşırıqlar verdi (VİDEO)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində inşası davam etdirilən təlim poliqonuna baxış keçirib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumat verilib ki, təlim poliqonu çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə hazırlanır. Qoşunların hazırlıq planına əsasən poliqonda ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.

Müxtəlif çaplı silahlardan təlim atəş çalışmalarının yerinə yetirilməsi və zirehli texnikanın təlim-məşq tapşırıqlarının icra olunması üçün inşa edilən poliqonda görülən işlərlə maraqlanan nazir müvafiq tapşırıqlar verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026