• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Zakir Həsənov mayora yeni vəzifə VERDİ

CƏMİYYƏT

12 Mart 2025 | 22:20

Zakir Həsənov mayora yeni vəzifə VERDİ

"Azərbaycan Ordusu" qəzetinə yeni redaktor təyin olunub.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, mayor Ceyhun Cəfərli Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan "Azərbaycan Ordusu" qəzetinin redaktoru vəzifəsinə gətirilib. Baş redaktor olmadığına görə nəşr hazırda onun rəhbərliyi ilə fəaliyyət göstərir.

C.Cəfərli bundan əvvəl "Azərbaycan Ordusu" qəzetinin məsul katibi işləyib.

Qeyd edək ki, qəzetin əvvəlki baş redaktorunun birinci müavini - baş redaktoru mayor Məhəmməd Nəsirli olub. O, sentyabrın əvvəlində işindən ayrılıb.


SON XƏBƏRLƏR

08 May 2025