• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Zakir Həsənov Misirdə səfərdədir - YENİLƏNİB + FOTO

SİYASƏT

04 Dekabr 2023 | 18:41

Zakir Həsənov Misirdə səfərdədir - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Misir Ərəb Respublikasına səfəri davam edir.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, "EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak edən general-polkovnik Z.Həsənov İtaliya Respublikasının

"Leonardo" şirkətinin, eləcə də Misirin "ARMADA" və "AOI" şirkətlərinin stendlərində təqdim edilən müasir silah və döyüş texnikası nümunələrini maraqla izləyib.
Sərgidə müxtəlif ölkələrin şirkətləri istehsal etdikləri hərbi təyinatlı məhsullar barədə ziyarətçilərə ətraflı məlumatlar veriblər.

 

16:51

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.
 

Bakıvaxtı.az xəbər verir ki, General-polkovnik Z.Həsənov dekabrın 4-də "EDEX 2023" beynəlxalq müdafiə sərgisinin təntənəli açılış mərasimində iştirak edib.
Mərasimdə çıxış edən Misir Ərəb Respublikasının Prezidenti cənab Əbdülfəttah Əs-Sisi qonaqları salamladıqdan sonra sərgini açıq elan edib.

 

Müdafiə naziri "EDEX 2023" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə, eləcə də Türkiyə Respublikasının "TUSAŞ", "ROKETSAN", "ASELSAN", "SARSILMAZ", "CANİK", "BAYKAR" şirkətlərinə məxsus silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov şirkət rəhbərləri ilə görüşüb.

 

Görüşlərdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024