• Bakı 16° C

    2.61 m/s

Zaporojye AES-də TƏHLÜKƏ ARTIR

DÜNYA

29 Avqust 2026 | 12:43 | Müəllif: Günəş Mərd

Zaporojye AES-də TƏHLÜKƏ ARTIR

Zaporojye Atom Elektrik Stansiyası bir həftədən artıqdır ki, xarici elektrik enerjisi olmadan fəaliyyət göstərir. Stansiyanın əsas nüvə təhlükəsizliyi sistemləri hazırda təcili dizel generatorları hesabına işləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi məlumat verib.

Qrossinin sözlərinə görə, Zaporojye AES artıq bir həftədən çoxdur əsas nüvə təhlükəsizliyi və mühafizə funksiyalarını yerinə yetirmək üçün zəruri olan elektrik enerjisini təcili dizel generatorları vasitəsilə təmin edir.

AEBA rəhbəri mövcud vəziyyət fonunda stansiyanın fasiləsiz şəkildə kifayət qədər dizel yanacağı ilə təmin olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Qrossi qeyd edib ki, nüvə obyektində təhlükəsizlik sistemlərinin davamlı işləməsi üçün enerji təchizatının sabitliyi həyati əhəmiyyət daşıyır.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR